Avstraliya millisi baş məşqçisi ilə yollarını ayırıb

Xəbərlər
20 Sentyabr 2024 13:31
90
Avstraliya millisi baş məşqçisi ilə yollarını ayırıb

Qrem Arnold Avstraliya millisinin baş məşqçisi kimi fəaliyyətini dayandırıb.

İdman.biz xəbər verir ki, bu barədə Avstraliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

61 yaşlı mütəxəssis 2018-ci ilin iyulundan bu milliyə rəhbərlik edir. O, komandanı 2022-ci il dünya çempionatının final mərhələsinə çıxarıb. Burada komanda 1/8 finalda Argentinaya uduzub.

Qeyd edək ki, Avstraliya DÇ-2026-nın seçmə mərhələsinin son iki oyununda Bəhreynə uduzub (0:1), İndoneziya ilə heç-heçə edib (0:0).

İdman.biz

Məqalədə: