“Qarabağ”ın Avropa Liqasında rəqibi olan İsveçin “Elfsborq” klubunun futbolçusu Besford Zeneli Kosovo millisindən imtina edib.
İdman.biz xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi Millətlər Liqasında çıxış edəcək heyətə çağırılsa da bunu qəbul etməyib.
Zeneli İsveç yığmasında iştirak etmək arzusunda olduğu üçün bu addımı atıb. Futbolçu daha əvvəl Kosovonun 21 yaşlılardan ibarət yığmasında Avropa çempionatının seçmə mərhələsində oynadığı üçün onun İsveçin sözügedən yaş qrupu üzrə seçməsinə dəvəti mümkünsüzdür. Lakin Besfordun Azərbaycanın UEFA Millətlər Liqasında rəqibi olan İsveçin əsas yığmasına dəvət olunması gündəmdədir.
Qeyd edək ki, “Qarabağ” “Elfsborq”la VI turda İsveçdə qarşılaşcaq. Matç dekabrın 12-də keçiriləcək.
İdman.biz