“Sumqayıt” Sərtan Taşkınla müqavilə imzalayıb

7 Avqust 2024 12:39
471
“Sumqayıt” Sərtan Taşkınla müqavilə imzalayıb

"Sumqayıt" daha bir futbolçunun keçidini reallaşdırıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirib ki, son mövsümü Türkiyənin "Manisa" klubunda keçirmiş Sərtan Taşkınla 1+1 illik müqavilə imzalayıb. Milli komandamızın üzvü olan 26 yaşlı futbolçu "Sumqayıt"ın heyətində 2 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 2019/2020 mövsümündə də komandamızda çıxış etmiş Sərtan Taşkın ümumilikdə 20 oyunda meydana çıxıb və 1 qol vurmağa müvəffəq olub.

İdman.biz