“Neftçi”də VİDA

24 İyul 2024 11:32
705
“Neftçi”də VİDA

“Neftçi” daha bir futbolçusu ilə vidalaşıb.

İdman.biz xəbər verir ki, “ağ-qaralar” Dieqo Valdezlə yollarını ayırıb.

Bakı təmsilçisi paraqvaylı ilə başa çatan müqaviləni yenilənməyib.

30 yaşlı yarımmüdafiəçi “Neftçi” ilə Premyer Liqada 23 oyuna çıxıb və 3 qol vurub.

İdman.biz