A seriyasında 41 yaşlı qapıçı - FOTO

18 İyul 2024 15:08
460
A seriyasında 41 yaşlı qapıçı - FOTO

İspaniya millisinin heyətində dünya və Avropa çempionu olan Pepe Reina bu ildən A seriyasında çıxış edəcək.

İdman.biz xəbər verir ki, 41 yaşlı qolkiper 2025-ci ilin iyununa kimi İtaliyanın “Komo” klubu ilə müqavilə imzalayıb.

Reinanın milli komandadan keçmiş komanda yoldaşı Sesk Fabreqas “Komo”nun baş məşçisidir. Onun rəhbərliyi altında klub B seriyasında ikinci yeri tutaraq A seriyasına yüksəlib.

Qeyd edək ki, Reinanın son klubu İspaniya “Vilyarreal”ı olub.

İdman.biz

Məqalədə: