Təlim-məşq toplanışını Türkiyənin Ərzurum şəhərində davam etdirən “Araz-Naxçıvan”nın növbəti rəqibləri bəlli olub.
İdman.biz xəbər verir ki, “qırmızı-ağlar” iyulun 21-də və 24-də növbəti yoxlama oyunlarını keçirəcək.
Bölgə təmsilçisi əvvəlcə Küveytin “Al-Arabi” klubu ilə gücünü sınayacaq. Növbəti rəqib isə Özbəkistan “Soqdiana”sı olacaq.
Qeyd edək ki, Elmar Baxşıyevin komandası toplanışı iyulun 25-də yekunlaşdırıb Bakıya dönəcək və 2 gün istirahət etdikdən sonra “Qarabağ”la oyunun hazırlığına başlayacaq.
İdman.biz