Paşaliç İtaliyada qalacaq

24 İyun 2024 16:45
423
Paşaliç İtaliyada qalacaq

Xorvatiya millisinin futbolçusu Mario Paşaliçin taleyinə aydınlıq gəlib.

İdman.biz xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “Atalanta”da qalmağa qərar verib.

O, İtaliya təmsilçisi ilə müqaviləni yaxın müddətdə uzadacaq. Paşaliçin yeni anlaşması 2027-ci ilin yayına qədər nəzərdə tutulacaq.

Qeyd edək ki, Mario 2020-ci ildə “Çelsi”dən “Atalanta”ya keçib. O, bunadək icarə əsasında Berqamo klubunda forma geyinib.

İdman.biz

Məqalədə: