“Qəbələ”dən Bilel Auaşeriya QƏRARI

Xəbərlər
15 İyun 2024 16:02
395
“Qəbələ”dən Bilel Auaşeriya QƏRARI

“Qəbələ” fransalı futbolçu Bilel Auaşeriya ilə yollarını ayırıb.

İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

30 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 2023-cü ilin yayından bölgə təmsilçisində çıxış edən legioner qırmızı-qara formada 42 matçda 6 qol vurub. Bilel Premyer Liqada 35 (6 qol), Azərbaycan kubokunda 5, avrokuboklarda 2 matçda iştirak edib.

Qeyd edək ki, “Qəbələ” Premyer Liqada 10-cu yeri tutaraq 1-ci liqaya yuvarlanıb.

İdman.biz