“Ştutqart”ın futbolçusu Hiroki İto “Bavariya”ya keçib.
İdman.biz xəbər verir ki, yaponiyalı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Münhen klubu transferə görə 30 milyon avro ödəyib. İto “Bavariya”nın mövsümlərarası fasilədə ilk transferi olub.
Qeyd edək ki, İto 2023/2024 mövsümündə “Ştutqart”ın heyətində 29 oyunda 2 qol vurub.
İdman.biz