2024-cü ilin yeni rekordu

Xəbərlər
11 İyun 2024 11:11
449
2024-cü ilin yeni rekordu

Dünya reytinqində ən çox xal qazanan klublar açıqlanıb.

İdman.biz xəbər verir ki, mayda ən böyük qazanca “Atalanta” nail olub.

İtaliya klubu bir ayda 80 reytinq xalı toplayıb. Bu, təkcə mayın deyil, 2024-cü ilin rekordudur.

Berqamo təmsilçisinə qədər bir ayda ən çox xal toplayan “Mançester Siti” idi. İngiltərə klubu apreldə 68 xal əldə edib.

1. “Atalanta” - 80
2. “Bayer” – 60
3. “Penyarol” – 56,75
4. “Olimpiakos” – 52,5
5-6. “San Paulu” – 52
“Borussiya” D - 52

İdman.biz

Məqalədə: