Təmkin Xəlilzadənin İtaliya ilə oyunda TƏƏCCÜBÜ

4 İyun 2024 09:19
712
Təmkin Xəlilzadənin İtaliya ilə oyunda TƏƏCCÜBÜ

"Qarşımıza qoyduğumuz ilk məqsədin öhdəsindən gəldik. Qrupdan çıxmağı hədəfləmişdik".

Bunu İdman.bizə Azərbaycanın millisinin minifutbolçusu Təmkin Xəlilzadə deyib.

30 yaşlı yığma üzvü Avropa çempionatının qrup mərhələsində İtaliya ilə oyunu şərh edib. O bildirib ki, rəqib onları təəccübləndirib: "İtaliyaya qarşı oyunun belə çətin keçəcəyini gözləmirdik. Belçikayla müqayisədə nisbətən görüş çox çətin oldu. Amma səbirlə oynadıq, özümüzü itirmədik və sonda lazım olan qolu vurub qələbə qazandıq".

Xəlilzadə Fransa ilə matçdan gözləntilərindən də danışıb: "Qrupda mənə görə ən çətin rəqib Fransadır. Onların 4 xalı var. Qrup liderliyi uğrunda oynayırlar. Pley-offu təmin etməyimizə baxmayaraq, meydana 3 xal üçün çıxacağıq. Qələbə qazanıb qrupdan 9 xalla çıxdıqdan sonra pley-off haqqında düşünəcəyik".

Qeyd edək ki, millimizin Fransaya qarşı oyunu bu gün saat 19:00-da start götürəcək.

Emin Ağa
İdman.biz