“Olimpiakos”un ilk Avropa titulu - VİDEO

Xəbərlər
30 May 2024 01:41
282
“Olimpiakos”un ilk Avropa titulu - VİDEO

Bu gün avrokubokların növbəti final oyunu keçirilib.

İdman.biz xəbər verir ki, Konfrans Liqasında mövsümün qalibi bəlli olub.

Avropanın üçüncü dərəcəli klub turnirinin həlledici matçı Afinada baş tutub. “Olimpiakos” əlavə vaxtda “Fiorentina”ya qalib gəlib. Yunan klubuna tarixdə ilk Avropa titulunu qazandıran qolu El Kaabi vurub. Turnirin bombardiri olam mərakeşli forvard 11-ci qolunu vurub.

"Fiorentina" ardıcıl 2-ci dəfə Konfrans Liqasının finalında uduzub.

Qeyd edək ki, 3-cü dəfə təşkil olunan turnirin kubokunu əvvəlki illərdə “Roma” (2021/22) və “Vest Hem” (2022/23) qazanıb.

Konfrans Liqası
Final
29 may
23:00. “Olimpiakos” – “Fiorentina” - 0:0, 1:0 ə.v.

Qol: El Kaabi, 116
Baş hakim: Artur Diaş (Portuqaliya)
Afina. OPAP Arena

İdman.biz

Məqalədə: