Hakimi qınayan Bəhlul Mustafazadə: "Rəqibin qələbəsinə kölgə salmaq olmaz" - VİDEO

Xəbərlər
1 İyun 2025 15:15
54
Hakimi qınayan Bəhlul Mustafazadə: "Rəqibin qələbəsinə kölgə salmaq olmaz" - VİDEO

"Daha məsuliyyətli ola bilərdik. 2-1 hesabı ilə liderliyi qorumalı idik. Qalib gəlməyə yaxın idik, amma səhvlərimiz oldu. Bundan dərs götürməliyik"

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Azərbaycan Kubokunun finalında komandasının "Sabah"a 2:3 hesabı ilə uduzduqları oyundan danışarkən deyib.

O, matçı idarə edən hakimlərlə bağlı da fikirlərini bölüşüb: "Düzünü desəm, epizodların təkrarlarına baxmadım, amma oyun prosesinin içərisində olduğum üçün hakimlərin "Sabah"a rəğbətini hiss etdim. Komandada hamı bundan danışırdı".

Mustafazadə əlavə edib ki, rəqibin qələbəsinə kölgə salmaq olmaz: "Lakin düzünü desəm, hakimlik daha yaxşı ola bilərdi".

İdman.biz