Qurban Qurbanov: "Onun nəsə deməsi bizə maraqlı deyil" - MÜSAHİBƏ

Xəbərlər
26 May 2024 21:39
1 813
Qurban Qurbanov: "Onun nəsə deməsi bizə maraqlı deyil" - MÜSAHİBƏ

“Futbolçularımı təbrik edirəm”.

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının sonuncu - XXXVI turunda “Araz Naxçıvan”la 2:2 hesabı ilə yekunlaşan qarşılaşmanı şərh edib: “Oyun sakit məcrada keçdi. Mənim üçün çox xoş oldu. Son oyunlarda bir az xoşagəlməz hallar yaşadıq, komanda çoxlu qollar buraxdı. Heyətdəki bəzi futbolçular ilk dəfə çempionluq sevincini hiss edəcəklər. Çempionatın oyunlarında yanımızda olduğunuz üçün sizlərə təşəkkür edirəm.

- Azərbaycan kubokunun final matçı barəsində nə deyə bilərsiz?

- ⁠Ola bilər ki, futbolçular daha çox istirahət etmək istəyirdilər. Bizi 1 həftə sonra kubokun final matçı gözləyir. Amma onlar peşəkardırlar və belə oyun hər zaman ələ düşmür. Komandamızı maraqlı və gərgin görüş gözləyir. “Zirə” çempionatı ikinci pillədə başa vurub, xeyli təcrübə qazanıb. Komanda son matçlarda intizamlı oyun göstərir.

- ⁠Növbəti mövsümdə klublara nə arzulayırsınız?

- ⁠Bol-bol uğurlar, sağlam rəqabət və böyük uğur.

- Andrey ⁠Lunyovun meneceri qardaşınız Musa, həmçinin klubla bağlı ittihamlar səsləndirib. Bununla bağlı hansısa hüquqi addım atmağı düşünürsüz?

- ⁠Qətiyyən yox. Narahat olacaq nüans yoxdur. Niyə narahat olmalıyıq? Bizi tanıyırsız. Uğurlarımız göz qabağındadır. Hansısa fikirlərə düşüb klubun imicini aşağı salmırıq. İnsan hər bir addımı atanda millətini və xalqını düşünməlidir. Daim milləti ilə bağlı müsbət fikir yaratmalıdır. Bu gün kiminsə nəsə deməsi bizə maraqlı deyil. Bizə qarşı çox təxribatlar olub. İstər Avropada, istərsə də Bakıda belə hallara rast gəlinib. Amma biz öz işimizi görüb, gələcəyə baxırıq.

Banuçiçək Hüseynli
İdman.biz