Millinin oyunçusu zədələnib: “Məşqçilər risk etmədilər”

Müsahibə
9 May 2024 18:36
Millinin oyunçusu zədələnib: “Məşqçilər risk etmədilər”

“Son oyunda qalib gəldik. Ola bilsin ki, heyətdə dəyişiklik olmasın”.

Bunu İdman.bizə Azərbaycan millisinin və Türkiyə 1-ci Liqa klubu “Tuzlaspor”un futbolçusu Bəxtiyar Həsənəlizadə deyib.

31 yaşlı müdafiəçi Türkiyə 1-ci liqasının son 2 turunda meydana çıxmamasının səbibini açıqlayıb: “31-ci turda “Bandırmaspor” ilə matçda zədələndim. Bu səbəbdən növbəti oyunda çıxış edə bilmədim. 33-cü turda “Sakaryaspor” səfərində klub rəhbərliyi və məşqçilər heyəti meydanda olmağımı istəsələr də, riskə getmədilər. Amma zədəm ciddi də deyil”.

Həsənəlizadə bildirib ki, komandası liqada qalmaq üçün əlindən gələni edəcək: “Son oyunların hamısı gərgin keçir. Yuxarı pillələrdəki komandalarla oynadıq. Düşünürəm ki, yaxşı nəticələr əldə etdik. Axırıncı turda “Gənclərbirliyi”nə qalib gəlməyə çalışacağıq. Onların da pley-off şansları olduğundan matç çox çətin keçəcək”.

Bəxtiyarın sözlərinə görə, növbəti mövsüm haqqında hələlik qərar verməyib: “Tuzlaspor” aşağı liqaya düşsə, qaydalara görə orda legioner oynaya bilməz. Hələlik, təkliflər haqqında danışmaq istəmirəm. Mövsüm bitdikdən sonra buna vaxtım olacaq”.
Qeyd edək ki, sona 1 tur qalmış “Tuzlaspor” 37 xalla 14-cü pillədə qərarlaşıb. Düşmə zonasında - 16-cı yerdə qərarlaşan “Şanlıurfaspor”dan cəmi 2 xal öndədirlər. “Tuzlaspor” “Gənclərbirliyi” matçı mayın 11-də keçiriləcək.

Emin Ağa
İdman.biz