Avropa çempionu daha 1 il “Arsenal”da

Xəbərlər
9 May 2024 18:02
Avropa çempionu daha 1 il “Arsenal”da

“Arsenal” italiyalı yarımmüdafiəçisi Jorjinyo ilə müqaviləni uzadıb.

İdman.biz xəbər verir ki, Avropa çempionu 2025-ci ilə qədər “topçular”ın formasını geyinəcək.

Jorjinyonun “Yuventus”a transferi gündəmdə olsa da, 32 yaşlı futbolçu seçimini London təmsilçisinin xeyrinə edib.

Qeyd edək ki, o, 2023-cü ildən “Arsenal”ın şərəfini qoruyur. Bu mövsüm meydana çıxdığı 35 oyunda 1 qol, 2 asistlə yadda qalıb.

İdman.biz