Fikrət Hüseynov: “Tennis Akademiyasında böyük bir bayram yaşanır”

Xəbərlər
9 May 2024 11:47
Fikrət Hüseynov: “Tennis Akademiyasında böyük bir bayram yaşanır”

“Bu gün Bakı Tennis Akademiyasında böyük bir bayram yaşanır”.

İdman.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında gənclər və idman nazirliyinin futbol sektorunun müdiri Fikrət Hüseynov Bakının kənd və qəsəbələri arasında keçirilən II minifutbol turnirinin finalından öncə deyib.

Onun sözlərinə görə, 32 komandanın iştirakı ilə 2 ay əvvəl start götürən yarış artıq başa çatmaq üzrədir: “Bu birincilik ənənəvi hala çevrilib. İkinci ildir ki, təşkil olunur. Görünən odur ki, hər bir qəsəbədə və kəndə oynayab komandaya dəstək olan insanlar buradadır. İnanıram ki, final oyunumuz da gözəl keçəcək. İstərdik ki, digər idman növləri üzrə də davamlı olaraq bu cür tədbirlərin təşkilini həyata keçirək”.

Qeyd edək ki, həlledici görüşdə "Günəşli" və "Aşağı Güzdək" üz-üzə gələcək.

Banuçiçək Hüseynli
İdman.biz