15 ildən sonra doğma klubda

Xəbərlər
7 May 2024 18:49
15 ildən sonra doğma klubda

Tyaqo Silvanın Braziliyaya dönüşü rəsmiləşib.

İdman.biz xəbər verir ki, 39 yaşlı müdafiəçi “Fluminense”də çıxış edəcək.

Silva 15 ildən sonra doğma klubuna sərbəst agent kimi dönüb. O, 2006-2009-cu illərdə komandanın şərəfini qoruyub. Tyaqo “Fluminense”nin heyətində 2007-ci ildə Braziliya kubokunu qazanıb.

Qeyd edək ki, təcrübəli futbolçu son 4 mövsümü “Çelsi”də oynayıb. Tyaqo 152 matçda 9 qol vurub, 4 ötürmə verib.

İdman.biz