Şahin Diniyev: “Rəqib qapıçının çıxışı möhtəşəm idi”

Xəbərlər
27 Aprel 2024 20:39
Şahin Diniyev: “Rəqib qapıçının çıxışı möhtəşəm idi”

“Rəqib qapıçı Yusif İmanovu təbrik edirəm. Oyunun qalibi o idi. Yüz faizli 5 qol imkanından istifadə edə bilmədik və 2 yarım epizoddan qol buraxdıq”.

İdman.biz xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Şahin Diniyev deyib.

Təcrübəli mütəxəssis “Sabah”a 0:2 hesablı məğlubiyyəti şərh edib: “Hücumçular daha yaxşı zərbə vura bilərdilər. Amma qapıçının çıxışı möhtəşəm idi. Qol epizodlarını yaradan da bu komandadır. Sadəcə bugünkü oyunun qəhrəmanı Yusif idi. Onun da zəif oyunları olub. "Sabah"ın qələbəsinə kölgə salmaq istəmirəm. Yarım epizoddan qol vura bildilər. Bu da məşqçinin və futbolçuların əməyidir. Futbol stabil heyət, stabil oyun, stabil nəticənin üzərində qurulub. Üçündan biri olmayanda nəticəni ala bilmirsən. 7 ayın komandasıyıq. Bu gün ötənilki heyətdən bir nəfər belə meydanda yox idi. Zamana ehtiyac var”.

Diniyev bu məğlubiyyətdən sonra Avropa kubokları yarışında geri qalmalarını münasibət bildirib: “Həm birimiz öz aramızda oynayırıq. Qarşıda 12 xal var. Mübarizədən qopsaq belə bu, heç nəyi həll etmir. Yeni komandayıq. Avrokuboklara getməmək dünyanın sonu deyil”.

Qeyd edək ki, “Səbail” 42 xalla 6-cı pillədə qərarlaşıb.

İdman.biz