“Zaqatala” baş məşqçisiz qalıb

Xəbərlər
10 May 2024 15:10
78
“Zaqatala” baş məşqçisiz qalıb

“Zaqatala” mövsümü baş məşqçisiz başa vuracaq.

İdman.biz xəbər verir ki, buna AFFA-nın İntizam Komitəsinin qərarı səbəb olub.

Qurum I Liqanın XXV turun “Mingəçevir” – “Zaqatala” oyununun 90-cı dəqiqəsində yaşanan hadisə ilə bağlı qərar verib. Qonaqların baş məşqçisi Rüstəm Məmmədov texniki zonanı tərk edərək hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb.

Çempionatın finişinə iki tur qaldığından çalışdırıcı mövsümün sonuna qədər texniki zonada olmayacaq. “Zaqatala” Məmmədova görə 150 manat cərimə edilib.

Qeyd edək ki, Mingəçevirdəki oyun 0:0 hesabı ilə nəticələnib.

İdman.biz

Məqalədə: