Bəxtiyar Musayev: “Rəşad Sadıqov işində müəyyən düzəlişlər etsə...”

Müsahibə
20 Aprel 2024 14:17
Bəxtiyar Musayev: “Rəşad Sadıqov işində müəyyən düzəlişlər etsə...”

“Rəşad Sadıqov savadlı məşqçidir”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Bəxtiyar Musayev deyib.

O, Rəşad Sadıqovun ölkə xaricindən, xüsusən də Rusiya, Türkiyə liqalarından təklif olduğu halda düşünə biləcəyi fikrinə münasibət bildirib. Musayevin sözlərinə görə, “Zirə”nin baş məşqçisinə dəvət gələrsə, yaxşı işlərə imza ata bilər: “Biz Azərbaycana gələn adlı-sanlı məşqçiləri görmüşük. Bülent Qorxmaz, Bojoviç və s. digərləri. Bizim məşqçilərimiz heç də xaricilərdən geri qalmazlar və ölkəmizi layiqincə təmsil edərlər. Rəşad işində müəyyən düzəlişlər etsə, hansısa bir ölkədə uğurlu məşqçi fəaliyyəti göstərə bilər. Nəinki Rəşad, elə Qurban Qurbanov da ölkə xaricindən təklif gələrsə, istərdim ki, dəyərləndirsin. Bəli, “Qarabağ”a və Azərbaycan futbolu üçün bu zərbə olsa da, adımıza yaxşı bir iş görmüş olar. Bununla da ölkəmizi top-klublarda layiqincə təmsil edə bilər. Çox istərdim ki, bu cür hal yaşansın”.

Qeyd edək ki, Rəşad Sadıqov 2020-ci ilin yayından “Zirə”ni çalışdırır.

Banuçiçək Hüseynli
İdman.biz