Toral Bayramov: “Qurban Qurbanov həmişə deyir ki...” - VİDEO

Müsahibə
11 Aprel 2024 22:25
1 060
Toral Bayramov: “Qurban Qurbanov həmişə deyir ki...” - VİDEO

“Biz sadə döyüşçülərik”.

Bunu "İdman Bizimlə”nin qonağı olan “Qarabağ”ın futbolçusu Toral Bayramov deyib.

23 yaşlı futbolçu bildirib ki, komandada hər kəs öz işinin öhdəsindən layiqincə gəlməyə çalışır: “Bizim öz futbol fəlsəfəmiz var. Hər il həm fərdi, həm də komanda olaraq onun üzərində işləyir, daha da yaxşılaşdırmağa çalışırıq. Baş məşqçimiz Qurban Qurbanov bizə yeni-yeni şeylər öyrətməyə çalışır. Düşünürəm ki, son iki ildə komanda olaraq yaxşı nəticələr əldə etmişik. Bunun da səbəbi hamının öz işinə məsuliyyətlə yanaşması, can yandırmasıdır. Qurban Qurbanov həmişə deyir ki, biz sadə döyüşçülərik. Hər oyuna mübarizə əzmi ilə çıxırıq. Biz bir ailə kimiyik”.

Qeyd edək ki, “Qarabağ” Premyer Liqada çempionluğunu təmin edib.

Aytac Sahəd
İdman.biz