"Qarabağ" video-analitikini potensial rəqiblərin oyununa göndərib

Xəbərlər
9 İyul 2025 14:44
36
"Qarabağ" video-analitikini potensial rəqiblərin oyununa göndərib

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində bu gün keçiriləcək "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) oyununa "Qarabağ"ın hansı məşqçisinin yollandığı bəlli olub.

İdman.biz xəbər verir ki, bu barədə "Report"a Azərbaycan çempionunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.

Onun sözlərinə görə, video-analitik məşqçi Yanuş Vasilyev sözügedən qarşılaşma üçün İrlandiyadadır. O, matçı tribunadan izləyəcək.

Paytaxtı Dublindəki “Tolka Park” stadionunda gerçəkləşəcək oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. "Qarabağ" II təsnifat mərhələsində bu cütün qalibi ilə üz-üzə gələcək.

İdman.biz