Millimizin rəqibi: “Matç təsəvvür etdiyimiz kimi alınmadı”

Xəbərlər
6 Aprel 2024 09:26
186
Millimizin rəqibi: “Matç təsəvvür etdiyimiz kimi alınmadı”

“Nəticə meydanda görünənləri əks etdirmir. Çünki biz bütün oyun boyu dominantlıq edirdik. Bu, xüsusilə də birinci hissədə aşkar idi”.

İdman.biz xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Macarıstan millisinin baş məşqçisi Aleksandra Sarvaş deyib.

O, millimizlə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunun ev matçı barədə fikirlərini açıqlayıb: “Çox sayda yaxşı imkanlar yaratdıq. Bu vəziyyətlərdən yararlanmalı idik. Amma oyunumuzu daha da inkişaf etdirə bilərik. Son 10 dəqiqədə oyunumuzda tələskənlik hiss olunurdu. Mənəvi cəhətdən güclənməliyik. İlk matç təsəvvür etdiyimiz kimi alınmadı”.

Qeyd edək ki, Macarıstan – Azərbaycan matçı 1:1 hesabı ilə başa çatıb.

İdman.biz