Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçilib

Xəbərlər
2 Aprel 2024 11:17
Rövşən Nəcəf AFFA-nın yeni prezidenti seçilib

Bu gün AFFA-nın yeni prezidenti seçilib.

İdman.biz xəbər verir ki, qurumun yeni rəhbəri AFFA-nın Növbəti Hesabat-Seçki Konfransında bəlli olub.

Tədbirdə SOCAR-ın prezidenti Rövşən Nəcəf assosiasiyanın rəhbəri seçilib. O, AFFA-nın tarixində 4-cü prezidenti olub.

1992-ci ildə yaradılan quruma bunadək Fuad Musayev (1992-2003), Ramiz Mirzəyev (2003-07) və Rövnəq Abdullayev (2008-24) rəhbərlik ediblər. 2007-08-ci illərdə bu vəzifə müvəqqəti Elşad Nəsirova həvalə olunub.

Qeyd edək ki, Konfransda İcraiyyə Komitəsinin üzvləri və vitse-prezidentlər də seçiləcək.

İdman.biz