Yığmamızı məyus edən futbolçu: “Azərbaycan topla daha yaxşı oynadı”

Xəbərlər
26 Mart 2024 01:18
Yığmamızı məyus edən futbolçu: “Azərbaycan topla daha yaxşı oynadı”

“Azərbaycan yığması heç-heçəyə layiq idi. Təəssüf ki, ikinci qolu vurub, qələbəni təmin edə bilmədik”.

İdman.biz xəbər verir ki, bunu Bolqarıstan yığmasının yarımmüdafiəçisi Filip Krastev deyib.

Millimizlə görüşdə rəqib komandanın qolunun müəllifi oyunu şərh edib. Krastev yığmamız haqqında müsbət fikirlər söyləyib: “Rəqib daha yaxşı təsir bağışlayırdı. Azərbaycan topla üstün oynayaraq, komanda kimi daha yaxşı təsir bağışlayırdı. Tələskənliyə yol verib, çoxlu səhvlərə yol verdik. Oyunun bəzi məqamlarında üstünlüyü ələ ala bildik. Bu istiqamətdə inkişaf etməliyik. Tədricən yığmanın bütün futbolçuları bir-birinə uyğunlaşır”.

Qeyd edək ki, Bolqarıstan yığması "FİFA series – Edition 2024" layihəsi çərçivəsində Bakıda millimizlə heç-heçə oynayıb, (1:1) Tanzaniyaya qalib gəlib (1:0).

İdman.biz