Andrey Lunyov “Qarabağ”a qayıdır: Millidə oynamadan

Xəbərlər
23 Mart 2024 12:00
Andrey Lunyov “Qarabağ”a qayıdır: Millidə oynamadan

“Qarabağ”ın qapıçısı Andrey Lunyovun düşərgəsində olduğu Rusiya millisinin hazırlıq planında dəyişiklik olub.

İdman.biz xəbər verir ki, şimallıların Paraqvayla martın 25-də keçirilməli olan yoldaşlıq oyunu baş tutmayacaq.

Matçın ləğv olunması qərara alınıb. Buna Krasnoqorskda baş verən terror aktı səbəb olub. Tərəflər başqa vaxt yoldaşlıq oyunu keçirməyi razılaşdırıb. Rusiya millisinin təlim-məşq toplanışını davam etdirib-etdirməyəcəyi müzakirə olunur.

İkinci yoldaşlıq görüşü ləğv edildiyindən Lunyov yığmanın düşərgəsindən oynamadan ayrılacaq. Serbiya ilə matçda (4:0) ehtiyatda qalan qapıçının cənubi amerikalılarla görüşdə şans qazanacağı gözlənilirdi.

Qeyd edək ki, Rusiya – Paraqvay oyunu martın 25-də “VTB Arena”da keçirilməli idi.

İdman.biz