Qurban Qurbanovu kim harada görür? - İdman.biz TV - VİDEO

Xəbərlər
18 Mart 2024 15:22
796
Qurban Qurbanovu kim harada görür? - İdman.biz TV - VİDEO

Avropa Liqasında uğurlu çıxış edən “Qarabağ” “köhnə qitə”nin ən çox danışılan klublarından birinə çevrilib.

İdman.biz xəbər verir ki, qazanılan nailiyyət Azərbaycan çempionunun bir çox futbolçularına təkliflərin də gəlməsinə səbəb olub. Təbii ki, uğurun memarı, futbolumuzu Avropaya tanıdan Qurban Qurbanov da diqqətdən kənarda qalmayıb. Onu baş məşqçi postunda görmək istəyən klubların sayı isə durmadan artır.

Maraqlıdır, şəhər sakinləri 52 yaşlı mütəxəssisi hansı klubda görmək istəyirlər? Əməkdaşımızın paytaxtda keçirdiyi sorğuda respondentlərin çoxu Qurbanovun “Qarabağ”da işini davam etdirməsinin tərəfdarıdır. Təcrübəli mütəxəssisi yığmanın və xarici klubların “sükanı arxasında” görmək istəyənlər də olub.

Banuçiçək Hüseynli
İdman.biz