Türkiyənin əfsanəsi “Qarabağ”a təşəkkür edib - FOTO

Xəbərlər
15 Mart 2024 11:22
406
Türkiyənin əfsanəsi “Qarabağ”a təşəkkür edib - FOTO

Türkiyənin “Eyupspor” klubunun baş məşqçisi Arda Turan "Qarabağ"ın Avropa Liqasında "Bayer"ə qarşı keçirdiyi oyunla bağlı paylaşım edib.

İdman.biz xəbər verir ki, ölkəsinin 37 yaşlı əfsanəsi Azərbaycan çempionunun möhtəşəm mübarizə apardığını vurğulayıb.

O şəxsi hesabında bildirib ki, 2:3 hesablı məğlubiyyətə baxmayaraq, “Qarabağ”ı təbrik edib: "Qarabağ". Möhtəşəm mübarizə. Təşəkkürlər, təbriklər".

Qeyd edək ki, Ağdam təmsilçisi Bakıda 2:2 oynadığından avrokubokla vidalaşıb.

İdman.biz