“Bayer”lə matçda favorit deyilik, amma yenə də ümidimiz qalıb” - İdman.biz TV - VİDEO

Xəbərlər
14 Mart 2024 16:19
“Bayer”lə matçda favorit deyilik, amma yenə də ümidimiz qalıb” - İdman.biz TV - VİDEO

Bu gün “Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsində “Bayer”lə tarixi səfər matçına çıxacaq.

İdman.biz TV Almaniyada keçiriləcək oyunla bağlı şəhər sakinləri arasında sorğu keçirib.

İlk oyunda 2:2 hesablı heç-heçədən sonra Azərbaycan çempionuna ümidlər böyükdür. Bunu futbolçuların əhval-ruhiyyəsindən və komanda rəhbərliyinin açıqlamalarından da aydın görmək olur. Bu azarkeşlər arasında da böyük inam hissi yaradıb. Amma hər şeyə gecə saatlarında aydınlıq gələcək.

Paytaxt sakinləri arasında keçirdiyimiz sorğu da “Qarabağ”dan Almaniya səfərində uğurlu nəticədən xəbər verir.

Mahmud Hüseynov
İdman.biz