“Qarabağ” evdəki kimi oynasa, qalib gələcək”.
Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Yaşar Vahabzadə deyib.
O, bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Bayer” - “Qarabağ” matçını dəyərləndirib. Vahabzadənin sözlərinə görə, Azərbaycan çempionundan hər bir azərbaycanlı kimi uğur gözləyir: “Komandanın burdakı matçda səhvlərdən nəticə çıxarıb, onları aradan qaldırıb meydana çıxacağına inanıram. Ümid edirəm ki, “Qarabağ” səfərdən də qələbə ilə geri dönəcək. Amma bu futboldur, hər şey ola bilər. Hər bir halda yalnız “Qarabağ”ın uğur qazanmasını gözləyirik”.
Qeyd edək ki, “Bayer”- “Qarabağ” arasında cavab matçı Bakı vaxtı ilə 00:00-da “BayArena” da start götürəcək. Bakıdakı matç isə 2:2 hesabı ilə bitib.
Banuçiçək Hüseynli
İdman.biz