Yaşar Vahabzadə: “Qarabağ” “Neftçi” ilə matçda “Bayer” üçün əla hazırlıq keçdi” - VİDEO

Müsahibə
7 Mart 2024 14:12
421
Yaşar Vahabzadə: “Qarabağ” “Neftçi” ilə matçda “Bayer” üçün əla hazırlıq keçdi” - VİDEO

“Qarabağ” “Bayer”lə matçda öz oyununa sadiq qalacaq”.

Bunu “İdman Bizdə” verilişinin qonağı olan Azərbaycan millisinin sabiq futbolçusu Yaşar Vahabzadə deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının 25-ci turunda “Qarabağ”ın “Neftçi”ni 4:1 hesabı ilə məğlub etdiyi qarşılaşmanın “Bayer”lə oyun öncəsi əla hazırlıq olduğunu düşünür: “Bu matçda bir məqam diqqətimizi çox çəkdi. Görüşün sonunda 3-4 dəqiqə Qurban Qurbanov komandasını arxaya çəkildi. Son dəqiqələrdə müdafiəçilər belə sürətli əks-hücuma qoşuldular. Biz bunu daxili çempionatda çox az görmüşük. Oyunu izləyərkən belə düşündük ki, onlar “Neftçi” ilə qarşılaşmada “Bayer”lə görüşün kombinasiyalarını qururlar. Almanların ustalıq səviyyəsi hamıya bəllidir. Ola bilsin ki, bu matçda komandamızı əks-hücumda daha çox izlədik”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”- “Bayer” matçı saat 21:45-də start götürəcək.

Emin Ağa
İdman.biz