Karlo Ançelotti üçün həbs təhlükəsi

Xəbərlər
6 Mart 2024 16:01
227
Karlo Ançelotti üçün həbs təhlükəsi

“Real”ın baş məşqçisi Karlo Ançelotti həbs oluna bilər.

İdman.biz xəbər verir ki, Madrid prokurorluğu onun 4 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Buna italiyalı mütəxəssisin 2014-15-ci illərdə 1 milyon avrodan artıq məbləği vergi müfəttişliyindən gizlətməsi səbəb olub. Ançelotti hesabatlarda yalnız klubdan aldığı maaşı göstərib, digər təşkilatlardan əldə etdiyi gəlirləri gizlədib.

Qeyd edək ki, Ançelotti 2021-ci ildən “Real”a rəhbərlik edir. O, 2013-15-ci illərdə də Madrid təmsilçisinin baş məşqçisi olub.

İdman.biz

Məqalədə: