“Hazırda özümü normal hiss edirəm, hansısa ciddi problemim yoxdur”.
Bunu İdman.bizə Azərbaycanın milli komandasının sabiq futbolçusu Vadim Vasilyev deyib.
İnsult keçirən 51 yaşlı veteran hücumçu bildirib ki, 2 günə xəstəxanadan buraxılacaq: “Səhhətimdə artıq müəyyən irəliləyişlər hiss olunur. Müalicəm davam edir. Hazırda xəstəxanadayam, amma həkimlər 1-2 günə evə buraxılacağımı deyiblər. Hər şey tam yaxşıdır desəm, düzgün olmaz. Sol əlimdə barmaqlarım çox zəif işləyir”.
Qeyd edək ki, Vasilyev insult keçirdiyi üçün komada xəstəxanaya yerləşdirilmişdi.
Banuçiçək Hüseynli
İdman.biz