Xabi Alonso onlara razılıq verməsə...

Xəbərlər
2 Mart 2024 17:16
Xabi Alonso onlara razılıq verməsə...

“Liverpul” mövsümün sonunda komandadan ayrılacaq baş məşqçisi Yurgen Kloppun yerinə axtarışlarını davam etdirir.

İdman.biz xəbər verir ki, bu posta əsas namizəd “Qarabağ”ın Avropa Liqasındakı rəqibi olan “Bayer”in çalışdırıcısı Xabi Alonsodur.

Mersisaydlılar uzun müddətdir ispaniyalını diqqətdə saxlayırlar. Amma onunla razılıq əldə olmasa, “Liverpul” “Brayton”nun baş məşqçisi De Zerbini bu posta gətirməyə çalışacaq.

Onlar italyalının klubdan ayrılması üçün 15 milyon avro ödənməlidirlər.

Qeyd edək ki, De Zerbi 2022-ci ildən “Brayton”u çalışdırır. Klub bu mövsüm onun rəhbərliyi altında 26 turdan sonra topladığı 39 xalla 7-cidir.

İdman.biz

Məqalədə: