Azərbaycan millisinə baş məşqçi təklifi: “Musayevi yığmaya gətirək” - VİDEO

Müsahibə
3 Mart 2024 09:32
4 163
Azərbaycan millisinə baş məşqçi təklifi: “Musayevi yığmaya gətirək” - VİDEO

Azərbaycan millisinin sabiq futbolçusu və baş məşqçisi Mahmud Qurbanovun yığmada və “Neftçi”də fərqli oyun göstərməsinin səbəbi bəlli olub.

Bunu “İdman Bizdə” verilişinin qonağı olan PFL-in sabiq prezidenti Ramin Musayev açıqlayıb.

O, “Neftçi”də vitse-prezident olduğu zaman bununla bağlı söhbəti yada salıb: “Bir dəfə Ramiz Mirzəyev sual verdi ki, Mahmud, sən “Neftçi”də başqa cür, millidə başqa cür oynayırsan. Mahmud Qurbanov özü də təsdiqləyə bilər. Dedi ki, Ramiz müəllim, meydanda olanda, Ramin müəllimin səsini eşidəndə mənə əlavə güc gəlir. O da zarafatla dedi ki, onda Ramini baş məşqçi gətirək milliyə”.

Qeyd edək ki, Musayev 2008-22-ci illərdə PFL-in prezidenti olub.

İdman.biz

Məqalədə: