Bu gün Çempionlar Liqasında 1/8 finalın iki matçı keçiriləcək.
İdman.biz xəbər verir ki, bu qarşılaşmalarla mərhələnin ilk oyunlarına yekun vurulacaq.
Portuqaliyada “Porto” “Arsenal”la üz-üzə gələcək. “Napoli” isə İtaliyada “Barselona” ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab oyunları martın 5-6-da və 12-13-də keçiriləcək.
Çempionlar Liqası
1/8 final, ilk oyunlar
21 fevral
00:00. “Porto” – “Arsenal”
00:00. “Napoli” – “Barselona”
İdman.biz