“Sabah”ın futbolçusu: “Oyuna tam nəzarət etdik”

14 Oktyabr 2026 12:59
113
“Sabah”ın futbolçusu: “Oyuna tam nəzarət etdik”

“Çətin matç oldu. Rəqibin fiziki cəhətdən çox güclü komanda olduğunu bilirdik, lakin meydanda onlara yaxşı cavab verdik. Düşünürəm ki, oyuna tam nəzarət etdik və nəticədə tarix yazdıq. Çempionlar Liqasında ilk qələbəmizi qazandıq”.

Bunu “Sabah”ın futbolçusu İvan Lepinitsa UEFA Çempionlar Liqasının əsas mərhələsində Çexiyanın “Slaviya” klubu ilə Bakıdakı oyundan (2:0) sonra deyib.

Xorvatiyalı yarımmüdafiəçi turnirdəki növbəti hədəflər və rəqiblər barədə danışarkən diqqəti mərhələli şəkildə qarşıdakı oyunlara yönəltdiklərini bildirib.

“Biz hazırda daxili çempionatdakı “Qəbələ” ilə oyuna fokuslanmışıq. İlk növbədə həmin qarşılaşmanı keçirməliyik. Bu oyundan sonra yenidən Çempionlar Liqasına diqqət ayıracağıq. “Borussiya Dortmund”la matç haqqında hələ çox danışmamışıq. Əvvəlcə “Qəbələ”yə, daha sonra isə “Dortmund”a hazırlaşacağıq”, - deyə o teleqraf.az-a açıqlamasında söyləyib.

İdman.Biz