Kriştianu Ronaldunun 15 il əvvəl verdiyi müsahibədən bir hissə sosial şəbəkələrdə gündəm olub.
İdman.Biz xəbər verir ki, həmin vaxt Ronaldudan baş məşqçi Paulo Bentu ilə fikir ayrılığı yaşayan müdafiəçi Rikardu Karvalyonun millinin düşərgəsini tərk etməsi barədə soruşulub.
“Yığmada toxunulmaz futbolçu yoxdur. Heç kimin əsas heyətdə yeri təmin olunmayıb. Kim daha yaxşı hazırdırsa, o da oynayacaq. Qərarı məşqçi verir”, - deyə Ronaldu o zaman bildirib.
Sosial şəbəkə istifadəçiləri Ronaldonun bu sözlərini onun özü baş məşqçi Jorje Jesusla yaşadığı münaqişə səbəbindən milli komandanın düşərgəsini tərk etdikdən sonra xatırladıblar.
