“Qarabağ”ın futbolçusu “Olimpiakos”un düşərgəsində - ÖZƏL

8 Oktyabr 2026 14:32
137
“Qarabağ”ın futbolçusu “Olimpiakos”un düşərgəsində - ÖZƏL

“Qarabağ”ın futbolçusu Əli İbrahim karyerasını ölkəxaricində davam etdirmək üçün Yunanıstana yollanıb.

İdman.Biz-in əldə etdiyi məlumata görə, 19 yaşlı hücumçu klubun icazəsi və şəxsi təşəbbüsü əsasında Yunanıstanın “Olimpiakos” klubunda təcrübə keçmək məqsədilə səfərdədir.

Əli İbrahimin “Olimpiakos”un düşərgəsində məşqlərə qatılacağı deyilir. Performansı məşqçilər heyətini qane edəcəyi təqdirdə, onun Afina klubunun əvəzedici komandasında çıxış edə biləcəyi bildirilir.

Qeyd edək ki, Əli İbrahim “Qarabağ”ın əvəzedici komandasında, həmçinin 19 yaşlılardan ibarət kollektivində çıxış edir. O, Ağdam klubunun heyətində UEFA Gənclər Liqasında da forma geyinib. Hücumçu Azərbaycan U-20 millisinin üzvüdür.

İdman.Biz