Futbol üzrə Portuqaliya millisinin hücumçusu Rafael Leau milli komandada oyun nömrəsini dəyişib.
İdman.Biz-in UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, vinger qarşıdakı matça 7 nömrə ilə sifariş olunub.
Qeyd edək ki, əvvəllər bu nömrə uzun illər Kriştianu Ronaldunun formasında olub.
Dəyişiklik Kriştiano Ronaldunun milli komandanın düşərgəsini vaxtından əvvəl tərk etməsindən sonra baş verib. UEFA artıq Portuqaliya millisinin rəsmi ərizəsində Rafael Leau ilə bağlı məlumatı yeniləyib və 7 nömrəni onun adına rəsmiləşdirib.
