Niko Kovaç Dortmund “Borussiya”sı ilə müqaviləsini 2029-cu ilə qədər uzadacaq

1 Oktyabr 2026 18:13
95
Niko Kovaç Dortmund “Borussiya”sı ilə müqaviləsini 2029-cu ilə qədər uzadacaq

Dortmund “Borussiya”sı futbol klubunun baş məşqçisi Niko Kovaç komandadakı müqaviləsini uzadacaq.

İdman.Biz xəbər verir ki, bu barədə BILD nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, tərəflər müqavilənin 2029-cu ilin yayına qədər uzadılması ilə bağlı razılığa gəliblər.

54 yaşlı mütəxəssisin hazırkı müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.

Qeyd edək ki, Kovaç 2025-ci ilin yanvarında Almaniya klubuna başçılıq etməyə başlayıb və “Borussiya”nı Çempionlar Liqasına çıxarıb.

Onun rəhbərliyi altında komanda Bundesliqanın cari mövsümünə də məğlubiyyətsiz başlayıb. “Borussiya” turnir cədvəlinə başçılıq edir. Dortmund təmsilçisinin 4 turdan sonra 12 xalı var.

Razılaşmanın yaxın vaxtlarda rəsmən elan olunacağı gözlənilir.

İdman.Biz
Məqalədə: