Laporta: “Ümid edirik ki, ədalət zəfər çalacaq və “Qızıl top”u “Barselona”nın futbolçusu qazanacaq”

1 Oktyabr 2026 13:33
80
Laporta: “Ümid edirik ki, ədalət zəfər çalacaq və “Qızıl top”u “Barselona”nın futbolçusu qazanacaq”

“Barselona”nın prezidenti Joan Laporta Kataloniya klubunun futbolçularının “Qızıl top”u qazanmaq şansları barədə danışıb.

İdman.Biz xəbər verir ki, klub prezidentinin açıqlamasını İspaniya mətbuatı yayıb.

“Bilirsiniz ki, mən həm “Barselona” azarkeşi, həm də klub prezidenti kimi istəyirəm ki, qalib “Barselona”nın futbolçusu olsun. Namizədlər çoxdur və biz onlarla fəxr edirik.

Əgər bu, Lamine Yamal olacaqsa, çox sevinəcəyəm. Çünki o, əla mövsüm keçirib və oyunu ilə daim futbol dünyasına zövq bəxş edir. O, bu mövsümə də çox yaxşı başlayıb və yüksək səviyyədə çıxışını davam etdirir. Onun özünün də dediyi kimi, tamaşaçılara zövq verən futbolçulardan biridir.

Görək, ayın 26-da nə baş verəcək. Amma ümid edirik ki, ədalət zəfər çalacaq və “Qızıl top”u “Barselona”nın futbolçusu qazanacaq. Əgər bu, Lamine olacaqsa, çox sevinəcəyik”, – deyə Laporta bildirib.

Qeyd edək ki, 2025/26 mövsümündə “Barselona” La Liqanın qalibi olub. Komanda həmçinin İspaniya Superkubokunu qazanıb. Kataloniya klubu Çempionlar Liqasında isə 1/4 final mərhələsində “Atletiko”ya məğlub olaraq mübarizəni dayandırıb.

İdman.Biz
Məqalədə: