İspaniyalı müdafiəçi Serxio Ramos bu gün “Real Madrid”ın məşqində iştirak edib.
İdman.Biz xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl müdafiəçinin Madrid klubuna mümkün qayıdışı ilə bağlı xəbərlər yayılmışdı, bu məsələ mütəmadi sosial şəbəkələrdə dərc edilirdi.
Ramosun özü də sosial şəbəkələrdə bəzi paylaşımları bəyənərək bu iddiaları daha da gündəmə gətirmişdi.
Məlumat üçün əlavə edək ki, Serxio Ramosun son klubu Meksikanın "Monterrey" komandası olub. Futbolçu 2025-ci ilin dekabrından azad agent statusundadır.
