İqor Ponomaryov: “Ölüm qrupuna düşdük”

29 Avqust 2026 14:54
129
İqor Ponomaryov: “Ölüm qrupuna düşdük”

“Sabah”ın Müşahidə Şurasının üzvü İqor Ponomaryov komandasının 2026/2027 mövsümündə Çempionlar Liqasının liqa mərhələsindəki rəqiblərini dəyərləndirib.

İdman.Biz xəbər verir ki, Ponomaryov Rusiya mətbuatına verdiyi açıqlamada komandasının düşdüyü qrupu “ölüm qrupu” adlandırıb.

“Demək olar ki, “ölüm qrupu”na düşdük. Qrupumuza çox güclü komandalar düşüb. Bir tərəfdən, bu, bizi yüksəldir – daha çox inkişaf etməli və daha yaxşı oynamalıyıq. Azərbaycana belə böyük komandaların gəlməsi çox yaxşıdır. Mübarizə aparacağıq. Biz belə asanlıqla təslim olmayacağıq - bu, birmənalıdır. Yaxşı nəticə göstərmək istəyirik. Çalışacağıq.

2006-cı ildə dünya çempionatında İsveçin “ölüm qrupu”na düşdüyünü heç vaxt unutmayacağam. Onlar bunun öhdəsindən gəldilər və qrupdan çıxdılar. Biz də mümkün qədər yaxşı oynamağa çalışacağıq. Belə komandalarla oynamaq futbolçular üçün böyük zövqdür. Eyni zamanda, bu, futbolçuların daha yaxşı oynamağı öyrənəcəkləri bir məqamdır”, - deyə Ponomaryov “Çempionat” dərgisinə açıqlamasında bildirib.

Qetd edək ki, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan klubu “Sabah” “Barselona”, “Arsenal”, “Mançester Yunayted”, Dortmund “Borussiya”sı, “Napoli”, “Vilyarreal”, Praqa “Slaviya”sı və “Vikinq”lə qarşılaşacaq.

İdman.Biz
Məqalədə: