“Barselona”da ən çox qazanan futbolçular bəlli olub - SİYAHI

28 Avqust 2026 18:10
77
“Barselona”da ən çox qazanan futbolçular bəlli olub - SİYAHI

Məşhur “Capology” resursu İspaniyanın “Barselona” klubunda ən yüksək maaş alan futbolçuların yeni reytinqini təqdim edib.

İdman.Biz xəbnər verir ki, maaş cədvəlinə ulduz yarımmüdafiəçi Rodri və vinger Lamin Yamal başçılıq edir. Onlar vergilər tutulmamış məbləğə görə hərəyə illik 31 milyon 250 min avro qazanaraq ilk pilləni bölüşürlər.

Yay transferləri komandanın maliyyə strukturunu əhəmiyyətli dərəcədə dəyişib. Rodri ilə yanaşı, daha iki yeni transfer də ən çox qazanan 10 futbolçunun sırasına daxil olub. Almaniyalı hücumçu Karim Adeyemi illik 15 milyon 630 min avro maaşla 8-ci, ingiltərəli vinger Entoni Qordon isə 15 milyon avro ilə 9-cu pillədə qərarlaşıb.

Reytinqin ilk yarısında liderləri “Barselona”nın digər əsas futbolçuları izləyir. Rafinya illik 20 milyon 840 min avro, Jül Kunde 19 milyon 550 min avro qazanır.

Hazırda 2026/27 mövsümünü icarə əsasında “Ayaks”da keçirən Mark-Andre ter Ştegenin illik maaşı isə 18 milyon 230 min avrodur.

Reytinqin aşağı hissəsində Frenki de Yonq 18 milyon 20 min avro, Pedri 16 milyon avro qazanır. İlk “10-luğ”u isə illik 14 milyon avro maaş alan Dani Olmo tamamlayır.

“Barselona”nın ən çox qazanan(avro məzənnəsi ilə) futbolçuları:

Rodri - 31,25 milyon

Lamin Yamal - 31,25 milyon

Rafinya - 20,84 milyon

Jül Kunde - 19,55 milyon

Mark-Andre ter Ştegen - 18,23 milyon

Frenki de Yonq - 18,02 milyon

Pedri - 16 milyon

Karim Adeyemi - 15,63 milyon

Entoni Qordon - 15 milyon

Dani Olmo - 14 milyon

İdman.Biz
Məqalədə: