Kadi Borqes: “Əlimizdən gələni etməyə çalışdıq”

28 Avqust 2026 14:23
109
Kadi Borqes: “Əlimizdən gələni etməyə çalışdıq”

“İndi nəsə demək çətindir, çünki duyğularımız yüksəkdir. Lakin başımızı dik tutmalı, yolumuza davam etməliyik”.

“İdman.Biz” xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Kadi Borqes UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra təəssüratlarını bölüşərkən deyib.

Braziliyalı yarımmüdafiəçi komandanın meydanda sonadək mübarizə apardığını vurğulayıb:

“İndi nəsə demək çətindir. Çünki duyğularımız yüksəkdir və nəsə danışmaq olmur. Ancaq əlimizdən gələni etməyə çalışdıq. Bu dəfə liqa mərhələsinə vəsiqə qazana bilmədik. Lakin başımızı dik tutmalıyıq, yolumuza davam etməliyik və bundan sonra daha yaxşı olacağımıza inanmalıyıq”.

Qeyd edək ki, “Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab matçında Niderlandın “Tvente” klubuna 1:4 hesabı ilə məğlub olaraq avrokuboklarda mübarizəni dayandırıb. İlk oyunda 1:0 hesabı ilə qələbə qazanan Ağdam təmsilçisi iki görüşün nəticəsinə əsasən yarışla vidalaşıb.

İdman.Biz