Fransanın “Lion” klubunu baş məşqçisi Paulo Fonseka Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Fənərbağça”ya 1:2 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra açıqlama verib.
İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis oyundan sonra jurnalistlərin suallarını cavablandırarkən verdiyi qərarlarla bağlı özünü sərt şəkildə tənqid edib.
“Jurnalistlərin həmişə eyni sualları olur, buna öyrəşmişəm. Nə deyə bilərəm? Matçdan sonra bu barədə danışmaq asandır... Bəlkə də səbəb mənim pis məşqçi olmağımdır”, - deyə Fonseka bildirib.
Baş məşqçi komandasının mübarizəni davam etdirə bilməməsindən məyus olduğunu söyləyib:
“Məyusuq, çünki növbəti mərhələyə keçmək istəyirdik və azarkeşlərimiz buna layiq idi. Güclü komandaya qarşı oynadıq, heyətində çox yaxşı futbolçular var. Amma düşünürəm ki, yaxşı oyun keçirdik.
Təhlükəli qol imkanları yaratdıq. İki qolu bu qədər tez buraxmağımız təəssüf doğurur, amma bizim də aşkar qol şanslarımız oldu. Futbolçular sonadək mübarizə apardılar”.
Qeyd edək ki, “Lion” iki oyunun nəticəsinə əsasən “Fənərbağça”ya 2:3 hesabı ilə məğlub olub və Çempionlar Liqasında mübarizəni dayandırıb. Fransa klubu avrokuboklarda yoluna Avropa Liqasının əsas mərhələsində davam edəcək.
