Arda Gülerin maaşı Türkiyədə müzakirələrə səbəb oldu

25 Avqust 2026 12:58
92
Arda Gülerin maaşı Türkiyədə müzakirələrə səbəb oldu

İspaniyanın “Real Madrid” klubu 2026/2027 mövsümündə futbolçularının maaşları ilə gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, həftəlik 600 min avro qazanan Kilian Mbappe siyahının ilk pilləsində yer alıb.

Vinisius Juniorun 480 min, Cud Bellinqhemin isə 400 min avro aldığı bildirilib.

Arda Gülerin həftəlik maaşının 100 min avro, illik qazancının isə təxminən 5,2 milyon avro olduğu qeyd edilib.

Maraqlıdır ki, türkiyəli futbolçunun maaşının bir çox komanda yoldaşından aşağı olması öz ölkəsinin sosial şəbəkə seqmenti arasında müzakirələrə səbəb olub.

Bəzi azarkeşlər Ardanın performansını nəzərə alaraq maaşını aşağı hesab edib.

Qeyd edək ki, Arda Güler 2023-cü ildə “Fənərbağça”dan “Real Madrid”ə transfer olunub. İspaniya klubu həmin gün transferi rəsmən açıqlayıb. O, “Real Madrid”lə altı illik müqavilə imzalayıb. Müqavilə 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

İdman.Biz