UEFA prezidenti İnfantinonun vəzifəsini istəmədiyini açıqlayıb

24 Avqust 2026 14:28
64
UEFA prezidenti İnfantinonun vəzifəsini istəmədiyini açıqlayıb

UEFA prezidenti Aleksander Çeferin FIFA prezidenti Canni İnfantinonun postunu tutmaq üçün namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, o bu barədə “The Telegraph” nəşrinə istinadən məlumat yayıb.

“Əvvəla, mən UEFA-nı sevirəm və burada işləməyi xoşlayıram. Düşünürəm ki, müəyyən məqamda həyatdan bir qədər zövq almağın vaxtı gələcək. İkinci məqam isə budur: bu vəzifə məni maraqlandırmasa, nüfuzum daha, daha yüksək olacaq”, - deyə o qeyd edib.

O, Canni İnfantinonun 18 mart 2027-ci ildə Rabatda keçiriləcək seçkilər ərəfəsində ciddi problemlərlə üzləşdiyini düşünür.

“İki variant var. Birincisi, o, dəstəyinin olmadığını anlayır. Söhbət yalnız səs verənlərin siyasi dəstəyindən getmir. Burada futbol ictimaiyyətinin, azarkeşlərin, futbolçuların, keçmiş futbolçuların və məşqçilərin siyasi dəstəyindən söhbət gedir. İkinci variant isə mart ayında seçkilərə qatılmasıdır. Amma bu halda, məncə, onun rəqibi olacaq. Hələlik bunun kim olacağını bilmirəm”.

İdman.Biz